Emreli “Dinamo”nun “ikinci komanda”sına göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Emreli “Dinamo”nun “ikinci komanda”sına göndərildi

İdman

14 İyul 2022 20:11 1060


Sabah Xorvatiya çempionatında yeni mövsüm start götürəcək.

Yenisabah.az xəbər verir ki, mövsümün ilk oyununda Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi son çempion "Dinamo Zaqreb"lə "Lokomotiv" komandaları üz-üzə gələcək.

Emreli prinsipial matçda iştirak etməyəcək. Bunu oyunöncəsi mətbuat konfransında "Dinamo"nun baş məşqçisi Ante Çaçiç açıqlayıb:"Son məşqdə 20 futbolçu var idi. Hansı ki, "Lokomotiv"lə matçda iştirak edəcəklər. Komandanı iki hissəyə ayırmışam. Qalanları "ikinci komanda"dadır. Nəzərə alsaq ki, üç gündən bir matçımız olur, vaxt və rəqabət stimulu olmayan oyunçuların fərqli şəkildə hazırlığa ehtiyacları var. Ehtiyac hiss edəndə onları "birinci komanda"ya cəlb edəcəyik. "İkinci komanda"da zədədən geri qayıdanlar - Mahir Emreli, Boşko Şutalo, Antonio Marin, Marko Bulat və Amer Qoyak, həmçinin, Emir Dilaver, Komnen Andriç və gənc Marko Brklyaça var". pizza sifarişi

Qeyd edək ki, Mahir Emreli bir neçə gün öncə Xorvatiya Super Kubokunda da iştirak etməyib. Onun adı ümumiyyətlə matçın protokoluna daxil edilməyib./Fanat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!