Əraqçı İranın şərtlərini Pakistan tərəfinə çatdırdı

saytların hazırlanması

Evə çatdırılma

Əraqçı İranın şərtlərini Pakistan tərəfinə çatdırdı

Siyasət

25 Aprel 2026 16:34 147


İranın xarici işlər naziri Abbas Əraqçı Tehranın Vaşinqtonla dialoqundа vasitəçi rolunu oynayan Pakistan tərəfinə İslam Respublikasının mövqeyini, həmçinin ABŞ-nin tələblərinə dair qeydlərini çatdırıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, iranlı diplomat İslamabadda Pakistan ordusunun baş komandanı Asim Münirlə görüşdə ölkəsinin mövqeyini və Tehranın ABŞ-nin tələblərinə dair etirazlarını şərh edib.

Qeyd olunur ki, görüş zamanı regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlıq məsələləri də müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!