Zelenski Qəbələdən paylaşım etdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Qəbələdən paylaşım etdi - FOTO

Siyasət

25 Aprel 2026 12:34 2220


Zelenski Prezident İlham Əliyevlə görüşünə dair paylaşım edib.

“Yeni Sabah” xəbər verir ki, o danışıqları mühüm adlandırıb.

“Vacib danışıqlar. Qarşılıqlı hörmət və hər iki xalqımızı gücləndirən əməkdaşlıq” - deyə Zelenski qeyd edib.

Digər paylaşımında Zelenski bildirib: “Azərbaycana səfərə səma müdafiəsi üzrə Ukraynanın təcrübəsini bölüşən ekspert komandamızla görüşlə başladım. Ukrayna hər zaman həm bizi, həm də tərəfdaşlarımızı gücləndirən əməkdaşlığa açıqdır. Bizim digər xalqlara faydalı ola biləcək xüsusi təhlükəsizlik təcrübəmiz var. Artıq üç istiqamət üzrə işləyirik: Yaxın Şərq və Körfəz regionu, Avropa İttifaqı və konkret olaraq Azərbaycanla.

Təhlükəsizlik sahəsində əməkdaşlıqla yanaşı, bu gün enerji, iqtisadiyyat və humanitar istiqamətlər üzrə də əməkdaşlığın dərinləşdirilməsi üzərində çalışacağıq”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!