Şəbnəm: “Nəfəsi tanıdan mən olmuşam”

saytların hazırlanması

Evə çatdırılma

Şəbnəm: “Nəfəsi tanıdan mən olmuşam”

Şou

25 Aprel 2026 12:05 158


Şəbnəm Tovuzlu Nəfəsi ilk efirə çıxaran olduğunu iddia edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə o, Tarix Əliyevin (Tolik) “Səmimi” verilişində danışıb:

“Zamanında sənə dəstək olmuşam. Niyə bu şeyləri itirirsən?! Sənin ilk fotosessiyanı mediaya yayan və çəkdirən mənəm. Həmişə dəstək olmuşam. Toylara da mən aparmışam. İstəməsəydim, bunu etməzdim”.

İkili bir müddətdir küsülüdür. Buna səbəb Şəbnəm Tovuzlunun Nəfəs və digər müğənnilərin fanat kütləsinin onunkundan az olduğunu bildirməsidir. İfaçı iddia etmişdi ki, heç kəsin fanat kütləsi Damla və özü qədər deyil.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!