Şəkidə yük avtomobili yanıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün səhər saatlarında Vərəzət kəndi ərazisində olub.
33 yaşlı Bakı sakini Mövlud Nəsibova məxsus "Mercedes" markalı yük avtomobili hərəkətdə olarkən qəfil alovlanıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın qısa müddətdə söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız