İcazə alıb evə gedən məhkum arvadını öldürdü

saytların hazırlanması

Evə çatdırılma

İcazə alıb evə gedən məhkum arvadını öldürdü

Kriminal

25 Aprel 2026 14:47 166


Türkiyədə kişi arvadını qətlə yetirib. Hadisə İzmir şəhərində baş verib. 44 yaşlı Çətin Çubuk atəş açaraq 2 uşaq anası olan 39 yaşlı arvadı, Nurcanı öldürüb.

"Yeni Sabah" xəbər verir ki, daha sonra o, polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs olunub.

Məlumata görə, Çətin Çubuk bir neçə gün əvvəl həbsxanada cəza çəkirmiş və arvadını görmək üçün icazəli olaraq evə buraxılıb. O, aprelin 20-də cəzaçəkmə müəssisəsinə qayıtmalı olsa da, bunu etməyib. Arvadı Nurcan Çubuk ərinə gedib təslim olmasını, əks halda qapalı tipli həbsxanaya köçürüləcəyindən qorxaraq xəbərdarlıq edib. Bundan əsəbiləşən Çətin Çubuk tapança ilə atəş açaraq qadını öldürüb.

Hazırda araşdırma aparılır./Ajans.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!