Əraqçi Trampa mesaj göndərdi: Eyni nəticəni alacaqsınız

saytların hazırlanması

Evə çatdırılma

Əraqçi Trampa mesaj göndərdi: Eyni nəticəni alacaqsınız

Dünya

15 Yanvar 2026 10:49 411


İranın xarici işlər naziri Abbas Əraqçi Donald Trampa mesaj göndərib.

"Yeni Sabah" Fox News-a istinadla xəbər verir ki, hazırkı gərginlikdən söz açan XİN rəhbəri bildirib:

"Mesajım budur: iyun ayında etdiyiniz səhvi təkrarlamayın! Pis təcrübəni təkrarlamağa çalışsanız, eyni nəticəni alacaqsınız. Pepperoni pizza

Bəli, iyun ayında obyektləri və avadanlıqları məhv etdiniz, amma texnologiya bombalana bilməz, qətiyyət də bombalana bilməz. İran artıq müharibəyə, danışıqlara, diplomatiyaya hazır olduğunu sübut edib. Bunu son 20 ildə, 2015-ci ildə, 2025-ci ildə hər dəfə sübut etmişik. Amma həmişə diplomatiyadan yayınan, diplomatiya yolunu kəsən və müharibəni seçən ABŞ-dır.

Mesajım: müharibə ilə diplomatiya arasında seçimdir. Diplomatiya ən yaxşı yoldur, baxmayaraq ki, ABŞ ilə müsbət təcrübəyə malik deyilik, amma yenə də diplomatiya müharibədən daha yaxşıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!