Həsən Ameli Ceyhun Bayramovu təriflədi

saytların hazırlanması

Evə çatdırılma

Həsən Ameli Ceyhun Bayramovu təriflədi

Rəsmi

05 Yanvar 2023 12:03 2057


"Azərbaycanın xarici işlər nazirinə bu həftə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün təqdirəlayiq bəyanatlarına görə təşəkkür edirəm".

Yenisabah.az xəbər verir ki, bunu İranın Ərdəbil vilayətinin imam-cüməsi Seyid Həsən Ameli bildirib.

O, sosial şəbəkə hesabında qeyd edib: "Mən Azərbaycan hökumətinə xeyirxahlıqla demək istəyirəm ki, iki ölkə arasında media münaqişəsi iki ölkənin xeyrinə deyil. Toyuqlu pizza

Azərbaycanın dövlət məmurlarının media münaqişəsinə qoşulması qətiyyətlə yanlışdır. Mübahisə üçün heç bir səbəb yoxdur".

Xatırladaq ki, bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib: "Ölkəmiz İranla münasibətləri gərginləşdirməkdə maraqlı deyil".

Bundan sonra İran səfiri Abbas Musəvi Prezidenrin köməkçisi Hikmək Hacıyevlə görüşüb. Həmin görüşdən sonra səfir Tehrana yollanıb və İran XİN-in rəhbəri Hüseyn Əmir-Abdullahianla ikitərəfli münasibətlərə dair hesabat təqdim edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!