Ərdoğan  Azərbaycan - Ermənistan sülhündən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan  Azərbaycan - Ermənistan sülhündən danışdı

Siyasət

30 May 2024 15:58 487


Azərbaycanla Ermənistan arasında hazırkı sülh fürsəti qaçırılmamalıdır. 

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində “EFES - 2024” çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə bildirib. 

O qeyd edib ki, Ermənistan xarici güc və diasporun əsarətindən qurtulduğu halda Azərbaycanla sülhə daha yaxın olacaq: “Qarabağın 30 illik işğaldan sonra azad edilməsi bölgədə tarixi fürsət pəncərəsi açıb və bu fürsətdən istifadə etmək lazımdır. Erməni xalqı gələcəyini xaricdə "qəzəl" oxuyanlarda deyil, əsrlərdir birlikdə yaşadığı qonşularında görməli, anlamalı və lazım olanı cəsarətlə etməlidir”.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!