Ərdoğanın Azərbaycana səfər proqramı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın Azərbaycana səfər proqramı məlum oldu

Siyasət

07 Noyabr 2025 17:30 1592


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran bildirib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda keçiriləcək tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək. Dördpendirli pizza

Bildirilib ki, Türkiyə dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri Şahbaz Şəriflə ikitərəfli, regional və qlobal məsələləri müzakirə edəcək./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!