Ərdoğan Azərbaycanın İsraillə əlaqələrindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Azərbaycanın İsraillə əlaqələrindən danışdı

Dünya

27 Oktyabr 2021 14:30 1066


“Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli mövqedədir və heç bir güzəştə getmir”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə parlamentində qrup toplantısı zamanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

Ərdoğan Prezident İlham Əliyevin fikirlərini şərh edib: pizza sifarişi

“O dedi ki, biz İsrailə heç bir güzəşt etmirik. Biz İsraillə hər cür mal mübadiləsi edə bilərik. Müxtəlif ölkələrlə necə davranırıqsa, İsraillə də bu cür əlaqələrimiz var və gələcəkdə də bunu davam etdirəcəyik.

Bu məsələlərdə ölkələr bir-birinin qərar mexanizmlərinə təsir etməməlidir və edə bilməz. Ümid edirik ki, İran burada sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İranla Azərbaycan arasında heç bir problem olmayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!