Ərdoğan Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Bakıda keçirilən hərbi paradda Məmməd Arazın şeirini səsləndirdi

Siyasət

08 Noyabr 2025 14:33 310


"Bu gün birlikdə 30 illik işğalı sonlandıran möhtəşəm və mükəmməl bir Zəfərin beşinci ildönümünü qeyd edirik. Vətən müharibəsinin bütün şəhidlərini, Azərbaycanın igid övladlarını bir daha rəhmətlə anıram. Rəbbim şəhidlərimizin ruhlarını şad, məkanlarını inşallah cənnət 

" Yeni Sabah" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.

O, Azərbaycanın Xalq şairi Məmməd Arazın şeirini səsləndirərək deyib: "Məmməd Araz Azərbaycan türkünün Vətən eşqini belə söyləyirdi: Dominos pizza

Bu gün gərək

Hər anımız Vətən! - desin.

Qılıncımız, qalxanımız

Vətən! - desin.

Ölənlərin əvəzinə

Qalanımız - Vətən! - desin.

Vətən, - desin!

Qəlbimizin hər duyğusu, hər vurğusu

Vətən! - desin.

Fərqi yoxdur, harada olaq,

Zamanımız, məkanımız

Vətən! - desin!

Qəlbləri hər səfərində Vətən deyə döyünən qəhrəman qazilərimizə minnət duyğularımı ifadə edir, Uca Allah onlardan razı olsun deyirəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!