Ərdoğan Əhməd Əl Şaraa ilə danışıb,   dəstəyini bildirib

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Əhməd Əl Şaraa ilə danışıb, dəstəyini bildirib

Dünya

19 Yanvar 2026 09:00 353


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.

"Yeni Sabah" xəbər verir ki, liderlər iki ölkə arasındakı münasibətləri və Suriyadakı son hadisələri müzakirə ediblər.

Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, həmrəyliyinə, sabitliyinə və təhlükəsizliyinə önəm verdiyini bildirib. Marqarita pizza

Türkiyənin rəhbəri Suriya ərazisinin terrorizmdən tamamilə təmizlənməsinin həm Suriya, həm də bütün region üçün vacib olduğunu və Ankaranın Dəməşqə, xüsusən də terrorizmlə mübarizədə dəstəyinin artmağa davam edəcəyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!