Ərdoğan ilk dəfə təyyarə qəzasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan ilk dəfə təyyarə qəzasından danışdı

Dünya

24 Dekabr 2025 16:09 373


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Muhammed Ali Ahmet El Haddad və onu müşaiyət edən yüksək rütbəli hərbçilərin ölümünə səbəb olan təyyarə qəzası barədə açıqlama verib. nin Ankarada qəzaya uğramasından danışıb.

“Yeni Sabah” “Hürriyyet”ə istinadən bildirir ki, dövlət başçısı hakim Ədalət və İnkişaf Partiyasının dekabrın 24-də keçirilən vilayət sədrlərinin genişləndirilmiş toplantısında çıxışı zamanı bu məsələyə də toxunub. 

R.T.Ərdoğan qəzada həlak olanları “şəhid” adlandırıb və Allahdan rəhmət diləyib. pizza mizza

“Hadisə ilə bağlı hərtərəfli araşdırma aparılır. Nazilərimiz nəticələrlə bağlı ictimaiyyətə məlumat verəcək”, - dövlət başçısı söyləyib.

Xatırladaq ki, dekabrın 23-də Türkiyənin paytaxtı Ankarada Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Muhammed Ali Ahmet El Haddad və digər yüksək rütbəli hərbçilərin olduğu təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 8 nəfər hərbçi həlak olub. 

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!