Ərdoğan İmamoğluna qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan İmamoğluna qalib gəldi

Dünya

13 Yanvar 2026 13:11 410


İstanbul Məhkəməsi Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri, hazırda həbsdə olan Əkrəm İmamoğluya qarşı təzminat iddiasını təmin edib.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, Ə.İmamoğlu R.T.Ərdoğana 150 min türk lirəsi (6 min manat) ödəyəcək.

Xatırladaq ki, Ə.İmamoğlu 2025-ci il martın 25-də sosial mediada Prezident RT.Ərdoğanın şəxsi nüfuzuna və peşə fəaliyyətinə zərər verən ifadələr işlətməkdə ittiham olunurdu. pizza mizza

Dövlət başçısı buna görə Ə.İmamoğludan 250 min lirə maddi təzminat tələb edirdi. 

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!