Ərdoğan Nyu-Yorkda Pezeşkianla görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Nyu-Yorkda Pezeşkianla görüşəcək

Dünya

23 Sentyabr 2024 09:55 399


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski, Ermənistanın baş naziri Nikol Paşinyan və İran prezidenti  Məsud Pezeşkianla danışıqlar aparacaq.

Yenisabah.az Sabah.-a istinadla xəbər verir ki, görüşlər Nyu-Yorkda türk diplomatiyasının simvolu olan Türk Evində (bina BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı ilə üzbəüz yerləşir) keçiriləcək.

Ərdoğanın qəbul edəcəyi şəxslər arasında İraqın baş naziri Məhəmməd Şia əl-Sudani, Niderlandın baş naziri Dik Şuf, BMT-nin baş katibi Antonio Quterreş, Küveytin vəliəhdi Şeyx Sabah Xalid Əl-Həməd əl-Sabah, Almaniya kansleri Olaf Şolz, Albaniyanın baş naziri Edi Rama və Serbiya prezidenti Aleksandr Vuçiç də olacaq. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!