Ərdoğan Putinlə görüşündən danışdı: “Dedi ki, sözümə əməl edəcəyəm”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Putinlə görüşündən danışdı: “Dedi ki, sözümə əməl edəcəyəm”

Siyasət

13 Dekabr 2025 15:20 867


"Putinlə ikitərəfli münasibətlər, Ukraynadakı müharibə və regional məsələlər barədə fikir mübadiləsi apardıq".

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri Aşqabadda keçirilən Beynəlxalq sülh və təhlükəsizlik forumundan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb. pizza mizza

"Rusiya lideri ilə görüşümüzdə onu hər an gözlədiyimi xüsusi olaraq bildirdim. Həmçinin mümkün qədər tez görüşməyimizin vacibliyini də müzakirə etdik. O, "sözümə əməl edəcəyəm" dedi. Ümid edirəm ki, bu səfər çox tezliklə baş tutacaq. Rusiya ilə münasibətlərimiz dərin tarixi köklərə, güclü diplomatik təmələ və qarşılıqlı etimada əsaslanır.

Cənab Putin də Türkiyənin Ukrayna müharibəsində mövqeyini çox yaxşı bilir. Münaqişə çoxdan bitməli idi, bunu açıq şəkildə bildiririk", - deyə Ərdoğan Türkmənistanda Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlər barədə danışarkən bildirib.

Türkiyə lideri ölkəsinin Türkmənistanla böyük layihələr həyata keçirdiyini də vurğulayıb: "Türkmənistanla iqtisadi və ticarət əməkdaşlığımız olduqca güclüdür. İş adamlarımız müstəqillik illərində Türkmənistanda təxminən 55 milyard dollar dəyərində layihələr həyata keçiriblər. Hazırda 10 milyard dollar dəyərində 19 layihəmiz davam edir. Bu baxımdan, Türkmənistan şirkətlərimiz tərəfindən həyata keçirilən layihələrin sayına görə Rusiyadan sonra ikinci yerdədir. Türkmən qardaş və bacılarımızın ali təhsili üçün Türkiyəni seçməsi bizim üçün sevindirici haldır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!