Ərdoğan Qara dənizdə tankerlərə hücumla bağlı xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Qara dənizdə tankerlərə hücumla bağlı xəbərdarlıq etdi

Siyasət

01 Dekabr 2025 21:20 795


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə "Kairos" və VİRAT tankerlərinin hücuma məruz qalmasına münasibət bildirib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində danışıb.

"Rusiya və Ukrayna arasında müharibə Qara dənizdə naviqasiya təhlükəsizliyini təhdid edəcək səviyyəyə çatıb. Cümə günü iqtisadi zonamızda ticarət gəmilərinin hədəfə alınması narahatedici eskalasiyadan xəbər verir. pizza

Biz öz zonamızda naviqasiyanın təhlükəsizliyini, həyatı və ətraf mühiti təhdid edən bu hücumları qəbul edə bilmərik. Bu kimi hallarla bağlı bütün tərəflərə lazımi xəbərdarlıqları edirik. Biz də müharibənin dayandırılmasına yönəlmiş son hadisələri diqqətlə izləyirik və hər fürsətdə lazımi töhfə verməyə hazır olduğumuzu ifadə etmişik", - o bildirib.

Xatırladaq ki, hər iki tanker noyabrın 29-da Qara dənizdə zədə alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!