Ərdoğan Qarabağdan danışdı: “Müharibə təkcə meydanda aparılmayıb”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Qarabağdan danışdı: “Müharibə təkcə meydanda aparılmayıb”

Siyasət

14 May 2022 14:40 224


"Media və kommunikasiya məsələləri, sosial media və dezinformasiya ilə mübarizə siyasi və sosial həyatımızın təmin olunması baxımından həyati əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və böhtanlar bu məsələnin vacibliyini bir daha xatırlatdı və güc birləşməsinin bizim üçün nə qədər zəruri olduğunu göstərdi".

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 4-cü toplantısına videomüraciətində deyib.

Türkiyə prezidenti müharibənin təkcə meydanda aparılmadığını, yazılı və vizual mediadan tutmuş sosial mediaya qədər bir çox sahələrdə 44 gün ərzində gərgin mübarizə yaşandığını qeyd edib. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!