Ərdoğandan Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı   YENİ TƏKLİF

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğandan Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı YENİ TƏKLİF

Siyasət

25 Noyabr 2025 22:46 1021


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "istəklilər koalisiyası"nın iclasında ölkəsinin ədalətli və davamlı sülhün tezliklə təmin olunması üçün tərəflərin birbaşa təmaslarını asanlaşdıracaq diplomatik səylərini davam etdirəcəyini vurğulayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəəbəkəsində paylaşım edib.

B. Duranın sözlərinə görə, Ərdoğan iclasda tərəflər arasında birbaşa danışıqların İstanbulda keçirilə biləcəyini, bunun üçün Türkiyənin Ukrayna və Rusiya ilə təmasda olduğunu qeyd edib. Toyuqlu pizza

"İclasda Türkiyənin enerji və liman infrastrukturunu əhatə edən atəşkəsin tərəflər arasında hərtərəfli sülh sazişinin müzakirəsi üçün əlverişli şərait yarada biləcək tənzimləmə ola biləcəyi yönündəki mövqeyi ifadə olunub", - Kommunikasiya İdarəsinin rəhbəri bildirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!