Ərdoğan Rusiyaya gedir

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Rusiyaya gedir

Dünya

02 Mart 2020 14:31 667


Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan martın 5-də Rusiyaya səfər edəcək. Yenisabah.az Rusiya KİV-lərinə istinadən məlumat verir ki, bu barədə Kremlin sözçüsü Dmitriy Peskov bildirib. Bundan əvvəl Türkiyə Prezidentinin admnistrasiyası məlumat yaymışdı ki, martın 5-də Ərdoğanın Rusiyaya səfəri planlaşdırılır. "Bizim Prezident martın 5-də Rusiyaya birgünlük səfər etməyi planlaşdırır", - deyə məlumatda bildirilirdi. Rusiya KİV-ləri yazır ki, Ərdoğanın səfəri Suriyanın İdlib əyalətində baş verənlərlə bağlıdır. Fevralın 28-də Putinlə Ərdoğan arasında telefon danışığı olub. Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan danışıqlarda prezidentlər İdlibdəki vəziyyəti və yaxın vaxtlarda görüşmək imkanlarını müzakirə ediblər.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!