Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasda Azərbaycan-Ermənistan arasındakı sülh prosesi də müzakirə olunacaq.
İştirakçılar digər məsələlərlə yanaşı, Ukrayna, İrandakı vəziyyət, eləcə də Yunanıstanla münasibətlərlə bağlı məsələləri nəzərdən keçirəcəklər. pizza hut
Eyni zamanda, görüşdə əsas məsələ “terrorizmlə mübarizə” – Suriya və İraqdakı kürd dəstələri, İraqla sərhəddə “təhlükəsizlik dəhlizi”nin yaradılması olacaq.
Milli Təhlükəsizlik Şurası bu il üçüncü dəfə toplaşacaq.
Telegram kanalımız