Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Siyasət

14 Noyabr 2025 01:07 522


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xorvatiyada qəzaya uğrayan, Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsində həlak olan pilotun ailəsinə başsağlığı verib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Ərdoğan hadisə ilə bağlı dərin kədər hissi keçirdiyini bildirib:

“Bu gün axşam saatlarında Xorvatiyada Meşə Təsərrüfatı Baş İdarəmizə məxsus yanğınsöndürmə təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması xəbərini aldıq. Pilotlarımızdan birinin ölümü ilə nəticələnən bu faciəvi hadisə bizi dərindən kədərləndirdi. Şəhidimizə Allahdan rəhmət, ailəsinə, ölkəmizə və millətimizə başsağlığı diləyirəm”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!