Ərdoğan Trampa “Twitter“də cavab verdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Trampa “Twitter“də cavab verdi - Foto

Siyasət

17 Oktyabr 2019 23:33 1356


"Türkiyənin və ABŞ-ın birgə səyləri Yaxın Şərq regionunda sülh və sabitliyin qurulmasına imkan yaradacaq".

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampın "Twitter"dəki səhifəsində paylaşımını şərh edərkən yazıb.

"Cənab prezident, biz bəşəriyyətin qatı düşməni olan terrorizmə qalib gələndə daha çox həyatlar xilas ediləcək. Mən əminəm ki, birgə səylər bizim regionumuzda sülhün və sabitliyin qurulmasına kömək edəcək", - deyə Türkiyə lideri yazıb. pizza sifarişi

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyə prerzidenti Rəcəb Tayyib Ərdoğana Suriyada hərbi əməliyyatın dayandırılması ilə bağlı əldə olunan razılığa görə təşəkkür edib. ABŞ prezidenti Türkiyə rəhbərinə təşəkkürünü özünün "Twitter"dəki səhifəsində paylaşım edərək bildirib.

Son dakika | Cumhurbaşkanı Erdoğandan Trumpa cevap


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!