Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sofiya şəhərində Yunanıstan liderinin də iştirakı ilə planlaşdırılan üçtərəfli zirvə görüşündə iştirak etməkdən imtina edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə mediasının yazdığına görə Ərdoğanın zirvə görüşündən imtina etməsinə səbəb Yunanıstanın sərhəddə qaçqınlara qarşı nümayiş etdirdiyi sərt mövqe olub.
Türkiyə Prezidenti Miçotakislə eyni masa arxasında oturmaq istəməyib.
Xatırladaq ki, Türkiyə, Avropaya getmək istəyən bütün qaçqınlara sərhəd qapılarını açaraq, qurudan və dənizdən onlara heç bir maneçilik törədilməyəcəyini açıqlayıb. Bundan sonra Yunanıstan və Bolqarıstan sərhəddinə yüzlərlə qaçqın axın edib. Sərhəddə yunan əsgərlərinin vurduğu iki qaçqın həyatını itirib. Telegram kanalımız