Ərdoğan zəlzələnin baş verdiyi İzmirdə iclas keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan zəlzələnin baş verdiyi İzmirdə iclas keçirdi

Rəsmi

31 Oktyabr 2020 23:25 1080


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdəki zəlzələnin nəticələri ilə yaxından tanış olmaq üçün bu vilayətin Seferhisar rayonuna yollanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat verib.

Məlumata görə, R.T.Ərdoğan həyatını itirənlərin sayının 37-yə çatdığını, xəsarət alanlar 885 nəfər olduğunu, dağıntılar altında qalan 103 nəfərin xilas edildiyini açıqlayıb. Toyuqlu pizza

Türkiyə Prezidenti bildirib ki, zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün dövlət 24 milyon lirə (4 milyon 903 min manat) vəsait ayırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!