Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın ölkənin millisinə əsgər salamına görə intizam işi açmasına münasibət bildirib.
"Yeni Sabah" xəbər verir ki, prezident UEFA-nın belə bir addım atmasını düzgün hesab etməyib: "Bu cür yanaşma heç bir zaman olmayıb. Bu barədə nəsə ciddi nəticə olacağını düşünmürəm. Bəlkə qınaya bilərlər. Bundan başqa, hazırkı duruma qədər irəliləyən komandaya hər hansı bir mənfi münasibət gözlənilən deyil".
Qeyd edək ki, Türkiyə millisinin futbolçuları Albaniya və Fransa matçlarında vurduqları qollardan sonra əsgər salamı ilə sevindiklərinə görə UEFA bu addımı atıb. pizza mizza
Telegram kanalımız