Ərdoğanın sözçüsü Ukraynadakı müharibə haqda: “Heç bir tərəf dayanmaq istəmir“

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın sözçüsü Ukraynadakı müharibə haqda: “Heç bir tərəf dayanmaq istəmir“

Siyasət

07 Yanvar 2023 13:05 687


"Türkiyə Ukraynadakı müharibəni dayandırmaq üçün səylərini davam etdirəcək. Asan iş yoxdur". 

"Report"un Ankara bürosunun xəbərinə görə, bu fikirləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "CNN"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, nə Rusiya, nə də Ukrayna bu müharibəni dayandırmaq istəyir: "Ona görə də regionda sülhə nail olmaq üçün Türkiyə vasitəçi olmaq istəyir. Heç bir tərəf dayanmaq istəmir, amma onlar həlledici hərbi qələbə qazanacaq vəziyyətdə deyillər. Çünki daha çox uzanan müharibə və dərin böhran hamıya daha çox əzab, itki və dağıntı gətirəcək. Bu səbəbdən Türkiyə sülhə nail olmaq üçün vasitəçiliyə hazırdır".  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!