Türkiyənin Şanlıurfa bölgəsinin sakini kəbinli arvadına 5 gün işgəncə verib.
Yenisabah.az xəbər verir ki, hadisə Dirəkli məhəlləsində baş verib. Əslən suriyalı olan İ.A. adlı şəxs boşanmaq istəyən həyat yoldaşını yaşadıqları mənzilin bir otağına kilidləyib. Adam bu müddət ərzində arvadını zəncirlə döyüb, işgəncə verərək dırnaqlarını qoparıb, sonda isə burğacla 11 yerindən yaralayıb.
3 uşaq anasıının fəryadlarını eşidən qonşular dərhal polisə müraciət ediblər. Çilingər yardımı ilə qapı açıldıqdan sonra qadın yerdə qan içərisində tapılıb. O, hadisə yerinə gələn təcili yardım maşını ilə Balıklıgöl Dövlət Xəstəxanasında reanimasiyaya yerləşdirilib. Sezar pizza
Qeyd edək ki, qadının əri gizləndiyi bağ evində ələ keçirilərək həbs edilib.
Telegram kanalımız