Ərinə böyrəyini verdi, o isə ən yaxın dostunun arvadı ilə qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Ərinə böyrəyini verdi, o isə ən yaxın dostunun arvadı ilə qaçdı

Dünya

07 Fevral 2020 08:54 1762


Böyrəyini verərək həyat yoldaşını xilas edən qadın xəyanətə uğradığı üçün Esra Erolun proqramına üz tutub. 

“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, 2006-ci ildə ailə quran Maviş Erdoğan 2009-cu ildə xəstələnən ərinə (Ahmet Ərdoğan) öz böyrəklərindən birini verib. Ancaq əməliyyatdan sonra ər öz yaxın dostunun arvadı ilə ona xəyanət edib. Evi tərk edən Ahmet Ərdoğan 11 yaşlı oğlu ilə də əlaqəsini kəsib. Maviş Ərdoğan tək böyrəklə yaşadığı üçün bir çox sağlamlıq problemi ilə üzləşib. Böyrəyini geri istəyən qadının bu tələbinə də əri məhəl qoymayıb.

Esra Erolun verilişinə telefon ilə qoşulan Ahmet Ərdoğan həyat yoldaşının “böyrəyimi geri ver” çağırışına “verməyəydin”, - deyə cavab verib. O, bu sözlərinə görə tamaşaçıların qəzəbinə tuş gəlib. Dominos pizza

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!