“Erməni diplomatlar Heydər Əliyevin nəhəng siyasi xadim olduğunu etiraf edirdilər”

saytların hazırlanması

Evə çatdırılma

“Erməni diplomatlar Heydər Əliyevin nəhəng siyasi xadim olduğunu etiraf edirdilər”

Siyasət

11 May 2022 12:37 195


Aərbaycan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov vaxtilə ABŞ-da aparılan Azərbaycan-Ermənistan danışıqları ilə bağlı maraqlı açıqlama verib.

Yenisabah.az xəbər verir ki, Beynəlxalq Təhlil Mərkəzində Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirdə deyib:

“Təsəvvür etmək çətindir ki, Heydər Əliyev “siyasi cırtdanlar”la görüşdüyü zaman danışıqlarda hansı mənəvi yükü yaşayıb. Ona görə də Vətən müharibəsindəki qələbə həm də xalqın Ümummilli Liderin xatirəsi qarşısında mənəvi borcunun yerinə yetirilməsidir”. Dördpendirli pizza

Elşad İskəndərov əlavə edib:

“Heydər Əliyevin Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyanla təkbətək danışıqlardan sonra mən BMT-nin daimi nümayəndəliyində işlədiyim müddətdə tanıdığım ABŞ-dan olan erməni ekspertdən təəssüratını soruşdum. Erməni ekspert Levon Ter-Petrosyanın sülhün zəruriliyi barədə tezisinin fəal dəstəkçilərindən olan kifayət qədər mötədil erməni nümayəndəsi idi. Amma bununla belə ondan bu cür açıqlama gözləmirdim.

Erməni ekspert dedi: “Mən yalnız onu deyə bilərəm ki, bizdən olan cırtdan sizdən olan nəhənglə görüşdü”.

Doğrudan da, keçmişdə SSRİ kimi fövqəldövlətin rəhbərlərindən biri olan şəxsiyyətin, Qarabağ kəndlərinin talançıları, təsadüfən özlərini hakimiyyət sükanı arxasında tapmış bu siyasi cırtdanlarla danışıqlar zamanı yaşadığı o daxili hissləri, ziddiyyətli hissləri təsəvvür etmək çox çətindir. Lakin millətin ali mənafeyi və sülh naminə Ümummilli Lider şəxsi hisslərinə qalib gəldi. Onun fədakar xidmətinin nəticəsi bu oldu ki, Ermənistan Azərbaycan torpaqlarının işğalının nəticələrini qanuniləşdirə bilmədi.

Ona görə də Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə həm də Heydər Əliyevin fədakar xidməti qarşısında xalqın mənəvi borcunun yerinə yetirilməsidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!