Erməni nazir Bayramovla görüşündən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Erməni nazir Bayramovla görüşündən danışdı

Siyasət

13 May 2022 15:19 198


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB Nazirlər Şurasının Düşənbədə keçirilən iclasında İrəvanın Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında sülh yolu ilə həllinə sadiq olduğunu bəyan edib.

Yenisabah.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, erməni nazir çıxışında bir gün əvvəl Rusiya və Azərbaycandan olan həmkarları ilə baş tutan görüşünü müsbət qiymətləndirib.

Mirzoyan ümid edir ki, Sergey Lavrov və Ceyhun Bayramovla görüş regionda sülh və sabitliyin bərqərar olması istiqamətində növbəti addım olacaq. Sezar pizza

XİN rəhbəri İrəvanın 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvar və noyabrında Ermənistan, Rusiya və Azərbaycan liderləri səviyyəsində əldə edilmiş üçtərəfli razılaşmaların həyata keçirilməsinə sadiqliyini təsdiqləyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!