Ermənilər Qarabağda meyit axtarışını dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Qarabağda meyit axtarışını dayandırdı

Rəsmi

03 Oktyabr 2023 16:38 889


Qarabağın erməni sakinlərinin nümayəndələri 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri zamanı ölən və itkin düşən qeyri-qanuni hərbi birləşmə üzvlərinin axtarışlarını dayandırıblar. 

Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, axtarış qrupu artıq Qarabağ ərazisini tərk edərək “Laçın” sərhəd-buraxılış məntəqəsindən qarşı tərəfə keçib. 

Qarabağ ermənilərinin nümayəndəsi Hunan Tadevosyanın sözlərinə görə, son günlər aparılan axtarış tədbirləri heç bir nəticə verməyib. Buna görə də axtarış qrupu müvafiq texnika ilə birgə Ermənistana daşınıb.  Marqarita pizza

Qeyd edək ki, erməni tərəfi Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri zamanı verdiyi itkinin dəqiq sayını açıqlamayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!