Ermənilər Azərbaycan ərazilərini atəşə tutdu

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Azərbaycan ərazilərini atəşə tutdu

Hadisə

10 May 2025 11:38 607


Mayın 10-u saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumatda bildirilib ki, eyni zamanda Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi barədə tamamilə yalan və dezinformasiya məqsədi daşıyan məlumat yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. pizza mizza

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır.

Bölmələrimiz tərəfindən yalnız qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - deyə nazirlikdən əlavə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!