Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəklər - Xaçaturova

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəklər - Xaçaturova

Rəsmi

24 Fevral 2023 12:10 1208


Ruben Vardanyanın "vəzifəsindən" azad olunmasından sonra Laçın dəhlizi Azərbaycanın istədiyi statusda açılacaq. 

Modern.az xəbər verir ki, bunu erməni jurnalist Lilit Xaçaturova söyləyib. Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilər seçim qarşısındadır. 

"Qarabağda olan ermənilər ya oranı tərk edəcək, ya da Azərbaycan vətəndaşlığını qəbul edib yaşayacaqlar", -deyə Xaçaturova söyləyib. Erməni jurnalist hesab edir ki, yerli sakinlər Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqlar.  Toyuqlu pizza

Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan "vəzifəsindən" uzaqlaşdırılıb və onun yerinə Qurgen Nersisyan gətirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!