“Ermənilər Bakını belə təsəvvür etmirdilər” – Kəmalə Məmmədova

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilər Bakını belə təsəvvür etmirdilər” – Kəmalə Məmmədova

Siyasət

24 Noyabr 2025 14:44 8626


“Ümumən görüş səmimi keçdi. Proqram çərçivəsində Prezidentin köməkçisi Hikmət Hacıyevlə də görüşdük. Onunlamüxtəlif istiqamətlər üzrə fikir mübadiləsi aparıldı”.

Bu sözləri “Yeni Sabah”a "1news" saytının baş redaktoru Kəmalə Məmmədova deyib.

O bildirib ki, Ermənistanın vətəndaş cəmiyyəti üzvləri ilə Bakıda baş tutan görüşdə yaxın 6 ay üçün bir fəaliyyət planı hazırlanıb: pizza mizza

“Bizim təşəbbüs artıq rəsmi olaraq, “Sülh körpüsü” adlanır. Müzakirə mövzusu əsasən sülh gündəliyi idi.

Erməni nümayəndə heyəti ilə birlikdə yaxın 6 ay üçün hazırlanmış fəaliyyət planındaa 3 əsasistiqamət var. Birinci istiqamət media məkanında birgə fəaliyyətlə bağlıdır. İkinci istiqamət ekspert institutları arasında əlaqənin qurulmasıdır. Üçüncü istiqamət isə hər iki ölkənin vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha da geniş formada cəlb olunmasıdır.

Jurnalist qeyd edib ki, Ermənistan nümayəndə heyətinin üzvləri paytaxtın müxtəlif yerlərini gəzib:

“Bakıdan çox yaxşı təəssüratla ayrıldılar. Onlar paytaxtımızın bu dərəcədə geniş və yaşıllıqlı olduğunu zənn etmirdilər. İrəvandan gələn nümayəndə heyəti İçərişəhəri, Şirvanşahlar sarayını, Qız qalasını, Bakıda yerləşən erməni kiləsəsini, Heydər Əliyev Mərkəzini və dənizkənarı bulvarı gəzdi”.

K. Məmmədova vurğulayıb ki, Azərbaycan nümayəndə heyətinə ekspert Fuad Abdullayev də qatılıb:

“Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva işi ilə bağlı xarici səfərdə olduğu üçün bu dəfəki görüşdə iştirak edə bilmədi. Lakin Dilarə xanım heyətdə qalır və gələn görüşlərə qatılacaq. Bu dəfə onu ekspert Fuad Abdullayev əvəz etdi”.

Heyət üzvü diqqətə çatdırıb ki, səfərlə bağlı İrəvanda mətbuata açıqlama veriləcək:

“Ermənistan nümayəndələri çox güman ki, bu gün mətbuat konfransı formasında öz yerli medialarına açıqlama verəcək. Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında qarşılıqlı səfərlər tez-tez olacaq. Düşünürəm ki, bu qəbildən olan görüşlər 2 xalq arasında sülhə gedən yolda ciddi töhfələr verəcək. Hər iki ölkə üçün sülhü gətirəcəyi perspektivlər haqqında məlumatları doğru çatdırsaq, bir nailiyyət əldə edə bilərik”.

Xatırladaq ki, noyabrın 21-22-də “Sülh Körpüsü” Təşəbbüsü  çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub. Səfər çərçivəsində Təşəbbüsün Ermənistandan olan nümayəndələri Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan Azərbaycandan olan həmkarları Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İskəndərli və Fuad Abdullayev ilə görüşüblər.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!