Ermənilər Bakıya məcburi ENİŞ ETDİ

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Bakıya məcburi ENİŞ ETDİ

Hadisə

13 İyun 2025 15:41 7483


Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan Rusiya Xarici İşlər Nazirliyinə müraciət edərək, İranda baş verən hadisələrlə əlaqədar Bakıda təcili eniş edən təyyarələrdə ermənilərin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni etməyi xahiş edib.

Ajans.az xəbər verir ki, İran, İraq və İsrailin hava məkanında tətbiq edilən məhdudiyyətlər səbəbindən iyunun 13-də səhər saatlarında Bakıya 10-dan çox təyyarə enib.

Onların arasında Moskva, Minsk, Kazan və digər yerlərdən Dubaya uçuşlar olub. Bu reyslərdə olan sərnişinlər arasında BƏƏ-yə səfər edən erməni əsilli və erməni soyadlı vətəndaşlar da var. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Azər
    Ara Abramyan terroru açıq dəstəkləyən ermənilərdən biridir. Belə ki ikinci Qarabağ müharibəsində Ara Abramyan Rusiyadan Xankəndindəki və hazırda Bakı şəhərində Ağır İşlər üzrə Məhkəmədə mühakimə olunan terrorçu rejimi Azərbaycan dövlətinə, ərazi bütövlüyünə, onun vətəndaşlarına zərər vurmaq, məhv etmək, əraziləri işğal eləmək məqsədilə Rusiyadan çox sayda silah-sursatın göndərilməsini maliyyələşdirmisdir.
    11 months ago