Ermənilər Cəbrayılda tarixi abidəni minalayıb   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Cəbrayılda tarixi abidəni minalayıb - Fotolar

Maraqlı

09 Noyabr 2021 13:54 1794


Ermənilər Cəbrayıl rayonunun Dağ Tumas kəndində yerləşən, XIII-XIV əsrlərə aid edilən “Başıkəsik günbəz”in ətrafını minalayıb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçən kənd Vətən müharibəsi dönəmində ermənilərin müşahidə postuna çevrilib. Ermənilər kəndi tərk edərkən tarixi abidənin ətrafını minalayıb.

Altı əsrdən çox yaşı olan günbəz inşa olunduğu illərdə tikintisi yarımçıq qaldığına və üstü açıq olduğuna görə “Başıkəsik günbəz” adlanıb. Abidənin hündürlüyü 12 metrə, diametri 5 metrə çatır. İşğaldan qabaq günbəz bərpa edilsə də, erməni silahlı qüvvələri tərəfindən divarları və ətrafı dağıdılıb. pizza

Qeyd edək ki, 1993-cü ildə işğal edilən Dağ Tumas kəndi 2020-ci il oktyabrın 23-də azad olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!