Ermənilər Goranboyun kəndlərini atəşə tutdu - Video

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Goranboyun kəndlərini atəşə tutdu - Video

Hadisə

08 Oktyabr 2020 22:10 1728


Ermənilər növbəti dəfə cəbhə xətti boyu ağır artilleriya qurğularından bir sıra kəndlərimizi atəşə tutublar.

Yenisabah.az xəbər verir ki, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, eyni zamanda mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən Goranboy rayonuna müxtəlif istiqamətlərdən mərmilər yağdırıblar.

Nəticədə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə, Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, həmçinin Qaraçinar tam orta kənd məktəbinə, fərdi ev və təsərrüfata külli miqdarda ziyan dəyib. Pepperoni pizza

Qeyd edək ki, ötən gün Goranboy rayonun Şahməmmdli kəndini ağır artileriyadan atəşə tutulması nəticəsində həmin kəndin sakini, 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olub, evə isə maddi ziyan dəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!