“Ermənilər Qarabağdakı bütün yataqlarımızı alt-üst edir”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilər Qarabağdakı bütün yataqlarımızı alt-üst edir”

Rəsmi

19 Dekabr 2022 14:04 1231


Artıq 1 həftədən çoxdur ki, azərbaycanlı ekoloqların Şuşa-Xankəndi yolunda həyata keçirdikləri etiraz aksiyaları davam etməkdədir.

Məqsəd isə gün işığı qədər aydındır: Ermənistanın ərazilərimizdə həyata keçirdiyi ekoloji terrora qarşı son ana qədər savaşmaq və haqq səsimizi dünyaya çatdırmaq.

Çünki biz torpaqlarımızı azad edəndə həmin ərazilərin xarabazar olduğunu düz 2 il öncə gördük. Daş üstündə daş, dağ üstündə dağ qoymayan, bir zamanlar Zod və Vejnəlidə təbii sərvətlərimizi talayan ermənilər indi də eyni həyasızlığı Qızılkörpü və Dəmirli mədənlərində həyata keçirirlər. Pepperoni pizza

Yenisabah.az-a danışan tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu da eyni rəyi bölüşüb:

“İstər 2015-ci il olsun, istərsə də öncəki illər, şəxsən daim söyləmişəm ki bizə aid olan kəşflərin ermənilər tərəfdən istismar edilməsini Avropa məhkəməsinə çatdırmalıyıq. Ermənilər nəinki bizim qızıl yataqlarımızı, hətta kəşfi şəxsən bizə aid olan Kəlbəcər suyunu özününküləşdirib istifadə edirlər”.

Müsahibimiz əlavə edib ki, ekoloqların həmin dağıdılmış ərazilərə üz tutması vacib məsələlərdən birisi idi:

“Biz bugünkü gündə belə öz faunamızı, ekologiyamızı qorumağa can atırıq. Azərbaycan xalqı bütün dünyaya göstərməyə çalışır ki ermənilər bizə aid olan hər şeyi oğurlamaqla kifayətlənmir, eləcə də meşələrimizi qırır, bütün yataqlarımızı alt-üst edirlər. Çünki onlar çox yaxşı bilir ki, bu ərazilər onlara aid deyil. Hansı millət özünə öz faunası zərər yetirər?!”

N. Cəfəroğlu iddia edib ki, orada aksiyalar keçirib milləti ayaq üstə dayandırmaqla heç bir məsələ həll yolunu tapmaycaq:

“Biz bunun üçün bütün alimləri, ekoloqları toplayıb böyük bir konfrans keçirməliyik. Biz əhalimizin nə səbəbdən aksiyaya çıxdığın bütün dünyaya çatdırmalıyıq. Qeyd edim ki Xankəndi yolunu biz yox, rus sülhməramlıları bağlayıb. Biz sadəcə öz etirazımızı bildiririk. Laçın koridoru açılandan bugünkü günə kimi, biz daim deyirik ki, Zəngəzur koridoru barəsində də böyük bir forum keçirmək lazımdır. Qarabağda təhlükəsizliyi, Cənubi Qafqazda sülh və əmin amanlığı qorumaq üçün bu forum keçirilməli və ermənilərin bütün vəhşilikləri önə çıxarılmalıdır”.

“Hökumət niyə bu məsələlərlə maraqlanmır axı?! Mənim hökumətə və xalqına qəlbən bağlı bir vətəndaş olaraq sözüm odur ki, bu məsələlərə xüsusi diqqət göstərsin. Nə qədər savaşlar oldu, niyə bu forumlar bunların heç birində baş tutmadı axı?! Mən bugünkü gündə aksiyada iştirak edən bütün vətəndaşlarımıza öz dərin minnətdarlığımı bildirirəm. Orada iştirak edə bilməsəm də, dəstəyimi daim göstərmişəm və göstərməyə də davam edəcəm”, – bəyan edib.

Milli Məclisinin deputatı Ceyhun Məmmədov isə deyib ki, ermənilərin törətdiyi vəhşiliklərə bir millət olaraq münasibətimiz heç də yaxşı deyil:

“30 ilə yaxındır ki bütün torpaqlarımız bu qaydada vəhşicəsinə istismar olunur. Bizim tam şəkildə haqqımız var ki, bu terrora qarşı xalq kimi birləşək. Ermənilər bilməlidir ki, Azərbaycan xalqı heç zaman bu vəhşiliklə barışmayacaq.

Mənə elə gəlir ki, aksiya ilə paralel olaraq, diplomatik korpus olduqca fəal olmalıdır. Çünki ermənilər indiki zamanda belə bizə qarşı təxribatlar irəli sürür. Buna nəticə olaraq da xarici ölkələr Azərbaycanın əleyhinə şüarlar səsləndirməyə başlayır”.

Millət vəkilinə görə, Azərbaycanın mövqeyi bütün dünyaya çatdırılmalıdır:

“Həmçinin, bu işdə bizim diasporumuz da öz fəallığın nümayiş etdirməlidir. Bu ərazilər tam şəkildə bizə aiddir və bizim xalqın haqqıdır ki, bu barədə məhkəməyə müraciət edib şikayətlərini dilə gətirsinlər. Beynəlxalq hüquqda belə rəsmi şəkildə bu ərazilərin Azərbaycana məxsusluğu qeyd olunub. Bu haqda məhkəmə işi aparılmalı, törədilən cinayətlər araşdırılmalıdır. Ermənilər tərəfindən qeyri-qanuni yollarla ələ keçirilərək törədilən vəhşiliklərdə ən böyük üstünlüyümüz bu torpaqların bizə aid olmasıdır. Hesab edirəm ki, hazırda aksiya keçirilən ərazilərdə postların qurulmasının vaxtıdır. Bu postlar qurulmalıdır ki cinayətlərində qarşısı alınsın”.

Ekoloq Rövşən Abbasovun fikrincə isə sözügedən ərazilərdə günlərdir davam etdirilən aksiyalar nəticə əldə edilənədək dayanmamalıdır:

“Aksiyalarla paralel olaraq, Azərbaycan istər indiki dövrdə, istərsə də işğal ərəfəsində ona dəymiş bütün ziyanları maddiləşdirib beynəlxalq məhkəməyə müraciət etməlidir. 

Bu, bizim tam haqqımızdır. Ermənilərin bizə qarşı törətdiyi ekoloji terrorun izləri hələ də qalmaqdadır. Bizə dəymiş olan ziyanın hesablanmasına bütün ekspertlər olduqca məsuliyyətli yanaşmalıdır”.

Siyasi ekspert Asif Nərimanlı isə düşünür ki, ekoloji terror məsələsi yenicə gündəmə gələn problem deyil:

“Bu, işğal zamanı daha ciddi şəkildə özünü büruzə verirdi. Bu terrorun ən böyük hissəsi Qarabağda qanunsuz fəaliyyət göstərməkdə olan “Vallex” şirkəti tərəfindən həyata keçirilirdi. Bunlar bir faktdır. 

Aksiyaların keçirilməsi səsimizin dünyaya çatdırılmasında mühüm rol oynayır. Bununla paralel olaraq, hüquqi tədbirlər də həyata keçirilməlidir. Aksiya və məhkəmələrlə iş bitmir. Ermənilərin bizə qarşı törətdiyi vəhşiliklərdən sonra səsimizin dünyaya çatdırılmasında mətbuatın fəal şəkildə iştirakı şərtdir. 

Bu məsələ beynəlxalq mətbuatda yetəri qədər işıqlandırılmalıdır. İlk növbədə, biz erməni mövqeyindən çıxış edənlərin ictimai rəyindəki dəyişikliklərin formalaşdırılması üçün çalışmalıyıq.

Həcər ƏMİRASLANLI

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!