“Ermənilər qartopunun içinə daş qoyub bizə atırdılar”   - Xankəndi sakini

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilər qartopunun içinə daş qoyub bizə atırdılar” - Xankəndi sakini

Maraqlı

16 Fevral 2021 16:44 1009


Bu günlərdə mətbuat Dağlıq Qarabağdakı separatçıların “rəhbəri” Araik Arutunyanın sinif yoldaşı olmuş azərbaycanlı xanımın müsahibəsini yayımlayıb. Müsahib fotosunun və adının açıqlanmağını istəməyib.

Yenisabah.az xəbər verir ki, bu isə oxucularda həmin müsahibənin həqiqiliyinə şübhə yaradıb.

Xankəndidən olan və “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinə rəhbərlik edən Xatirə Vəliyeva mövzu ilə bağlı fikirlərini Modern.az-la bölüşüb. Toyuqlu pizza

“Araik barədə müsahibə verən xanım Xankəndidəki institutda müəllim işləyən Abbas müəllimin qızıdır. Səhv etmirəmsə, onun özü də bir zamanlar jurnalist kimi fəaliyyət göstərib.

Araik məndən yaşca kiçik olduğuna görə onu tanımırdım. Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyanla Robert Köçəryanı isə tanıyırdım. Serj Sarkisyanla da komsomol təşkilatyında işlədiyinə görə əlaqəm var idi”.

X.Vəliyevanın sözlərinə görə, Xankəndidə yaşayan ermənilər həmişə övladlarını azərbaycanlı uşaqlara daş atmağa, onları vurub qaçmağa təhrik edib:

“Bizim ev Xankəndidə insitutun yanında idi. Azərbaycalı tələbələr o həndəvərdə kirayə qalırdılar. Erməni tələbələr azərbaycanlılara “tork” deyərək, daş atırdılar.

Bir hadisə yadıma düşdü. Qış vaxtı idi, çoxlu qar yağmışdı. Uşaqlar qartopu oynayırdılar. Erməni uşaqları qarın içinə daş qoyub, azərbaycanlılara atıb onlara  xəsarət yetirirdilər. Həmin uşaqlara bunu etməyi erməni valideynləri öyrədirdi”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!