Azərbaycan Televiziyasında yayımlanan süjet Ermənistanda təşvişlə qarşılanıb.
Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni azərbaycanşünas Qarnik Davtyan bildirib.
O deyib ki, AzTV-nin Yutub kanalı İrəvanı Azərbaycan torpağı kimi tanıdıb və bunu “Qərbi Azərbaycandan video” başlığı ilə bölüşüb. pizza
Sözügedən süjet Ermənistanda böyük təşvişlə qarşılanıb.
Qeyd edək ki, qonşu dövlətlərə qarşı daim ərazi iddiaları ilə çıxış edən ermənilər özlərini Qafqazın köklü sakinləri hesab etsələr də, tarixi faktlar danılmaz həqiqətləri hər zaman ortaya qoyur. “Böyük Ermənistan” uydurmasına inanan və təbliğ edən ermənilər tarixi reallığı qəbul etmək istəmirlər. Məhz bu səbəbdən “Qərbi Azərbaycan” ifadəsinin səslənməsi belə erməniləri təşvişə salır, tarixin onlar üçün ağır olan həqiqətləri ilə bir gün üzləşəcəklərindən qorxurlar.
Telegram kanalımız