Ermənilər Xocalıda “Yeni Daşaltı” kəndi salmaq xəyalına düşüb

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Xocalıda “Yeni Daşaltı” kəndi salmaq xəyalına düşüb

Rəsmi

11 Fevral 2021 23:51 938


Qarabağda tör-töküntüləri hələ də sülənən separatçı kriminal erməni rejiminin oyuncaq rəhbərləri müxtəlif xəyallara düşməyə başlayıblar. Bir neçə gün öncə onların Xocalı rayonu ərazisində 2000 nəfərlik yeni qəsəbə salmağı planlaşdırdıqları barədə yazmışdıq. 

Şuşa rayonunun qanunsuz separatçı “başçısı” Qrişa Ovannisyan isə Vətən müharibəsi zamanı ordumuzun azad etdiyi Daşaltı(“Karin Tak”) kəndindən köçmüş erməni ailələri üçün “Yeni Daşaltı”(“Nor Karin Tak”) kəndi salmaqdan dəm vurub. 

Yenisabah.az xəbər verir ki, Q.Ovannisyan bu barədə qəsbkar Ermənistan mediasına müsahibəsində danışıb.  pizza mizza

Onun sözlərinə görə, 150 ailə üçün 15 hektarlıq yer ayırmaq nəzərdə tutulub. Yeni kəndin  Xocalı rayonunun “Ovsepevan” adlandırılmış Dərələyəz və “Astxaşen” adlandırılmış Daşbulaq kəndləri, yaxud  Daşbulaqla “Noragyux”  adlandırılmış  Təzəbinə kəndləri arasında salınması xəyal edilir.  

Separatçı məmur “Yeni Daşaltı”nın salınması üçün təxminən 3 milyon dollar tələb olunduğunu da söyləyib. 

Qeyd edilir  ki, artıq Xocalı rayonunun Dərələyəz kəndində köçkün ermənilər üçün taxta evlərin tikintisinə başlanıb.(Moderator.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!