Ermənilər yenə “tumanını başına çəkdi”: “Sərhəddəki yük xarab olacaq”

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər yenə “tumanını başına çəkdi”: “Sərhəddəki yük xarab olacaq”

Maraqlı

27 İyul 2023 10:04 866


Ötən gün İrəvandan Xankəndiyə göndərilən 400 tonluq "humanitar yük" hələ də Laçın nəzarət-buraxılış məntəqəsindədir. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Past” məlumat yayıb.

Erməni nəşri yazır ki, dünən axşam saatlarından etibarən Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə azərbaycanlı hərbçilər arasında yüklərin Xankəndiyə buraxılması ilə bağlı danışıqlar baş tutsa da, heç bir nəticə əldə edilməyib.  Dominos pizza

“Azərbaycan tərəfi yüklərin yalnız Ağdam-Xankəndi yolu ilə keçə biləcəyini bildirir. Hazırda sərhəddə 400 tonluq yük qalmaqdadır. Əgər bu yüklər vaxtında Qarabağa çatdırılmasa, onların xarab olmaq təhlükəsi də mövcuddur”, - deyə qəzet bildirib.

Xatırladaq ki, yerli media sərhəddə ermənilər tərəfindən təxribatın törədiləcəyini istisna etmir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!