Ermənilər yenə xam xəyala düşüb

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər yenə xam xəyala düşüb

Rəsmi

28 Fevral 2023 10:02 970


“Artsax”da hesab edirlər ki, Berdzor (Laçın) yolu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərindən sonra açıla bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri əlavə edib ki, bu gözləntilər Rusiyanın regionda lider olduğunu göstərmək üçün hər şeyi edəcəyi ilə bağlı şayiələrə əsaslanır: Pepperoni pizza

“Azərbaycanın Haaqa məhkəməsinin qərarına əhəmiyyət verməməsi, yolun açılması tələbini yerinə yetirməməsi də bu səbəbdəndir. Lavrov isə bir səfərlə məsələni həll edəcək. Lakin “Artsax”dakılar bu perspektivə həvəslə yanaşmırlar, çünki onlar əmindirlər ki, bunun müqabilində Azərbaycanın bütün tələblərini yerinə yetirməyə məcbur olacaqlar". 

Xatırladaq ki, Lavrov iki günlük səfərlə dünən Bakıya gedib. Cümə günü isə “Artsax” və Azərbaycan nümayəndələrinin Rusiya sülhməramlılarının qərargahındakı görüşündən sonra bu barədə belə bir məlumat da verildi: “Rusiya tərəfi qısa müddət ərzində “Artsax” yolunu açmaq üçün səylərini davam etdirir”, – yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!