Ermənilər Yevlaxa gəlir - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Yevlaxa gəlir - FOTOLAR

Maraqlı

21 Sentyabr 2023 09:52 750


Qarabağın erməni icmasının nümayəndələri Azərbaycan tərəfi ilə görüşmək üçün Yevlax rayonuna gəlir. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, onları Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları müşayiət edirlər. 

Xatırladaq ki, Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri təslim olublar. Razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.  Marqarita pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!