Ermənilərdən etiraf: Bu kəndlər də Azərbaycana verildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərdən etiraf: Bu kəndlər də Azərbaycana verildi

Rəsmi

15 Dekabr 2020 15:19 2190


Hadrut rayonunun Tağlar (Xin Taqer) və Çalaqqala (Xsaberd) kəndlərinin Azərbaycanın nəzarətinə keçməsini ermənilər də təsdiqləyir. 

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, Tağlar kəndinin icma rəhbəri Eduard Ayvazyan artıq hər iki kəndin Azərbaycanın nəzarətində olduğunu bildirib.

“Kənddə rus sülhməramlıları var idi, azərbaycanlılar onlara yaxınlaşaraq bu kəndin də satıldığını söylədilər. Sülhməramlılar getdi. Düşmən sülhməramlılarla sənədlərlə danışdı. Bu kənd Hadrut bölgəsinə daxildir. İndi Rusiya sülhməramlıları Stepanakertə gedir”, - deyə o əlavə edib. Dominos pizza

Ayvazyanın sözlərinə görə, həm Tağlar, həm də Çalaqqala kəndlərinin sakinləri artıq təxliyyə edilib.

“Əgər satıblarsa, gərək bizə deyərdilər. Biz bu kəndləri uzun müddət qorumuşuq. 37 gün ərzində kəndlilər, könüllülər buranı qoruyurdu. Heç olmasa insanlara xəbər verərdilər ki, onlar əşyalarını götürsünlər, daha BOMJ-lar kimi Ermənistana qaçmasınlar. Xin Taqerin ərazisi 5000 hektardır”,- deyə Ayvazyan bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!