Ermənilərin atdığı mərmi səbəbindən Horadiz ərazisində yanğın başladı

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin atdığı mərmi səbəbindən Horadiz ərazisində yanğın başladı

Hadisə

02 Oktyabr 2020 20:42 1511


Ermənistan silahlı qüvvələrinin atdığı mərmi səbəbindən hazırda Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə - İran İslam Respublikası ilə həmsərhəd zonada yanğın başlayıb. 

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən (FHN) Yenisabah.az-a verilən məlumata görə, yanğının söndürülməsi istiqamətində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər görülür. 

Yanğının ətraf tikintilərə, həmçinin vətəndaşın həyatına hər hansı təhlükəsi yoxdur. pizza

Bundan başqa, düşmənin artilleriya atəşi altında saxladığı Tərtər şəhərində təhlükəli və çıxılmaz vəziyyətdə qalan 2 nəfər FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün FHN gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi vətəndaşlardan xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!