Ermənilərin atdığı mərmilər Azərbaycandakı mülki obyektlərdə yanğınlara səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin atdığı mərmilər Azərbaycandakı mülki obyektlərdə yanğınlara səbəb oldu

Hadisə

09 Oktyabr 2020 19:10 959


Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

FHN-dən Yenisabah.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər Ağdam rayonunda vətəndaşlara məxsus 3 fərdi yaşayış evi və təsərrüfat obyektində yanğına səbəb olub. Hadisə baş vermiş ərazilərə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğınların qarşısı alınaraq yaxınlıqdakı tikililərə keçməsinə imkan verilməyib.

Tərtər rayonuna mərmi düşməsi nəticəsində vətəndaşa məxsus təsərrüfat obyektində yanğın baş verməsi barədə FHN-ə məlumat daxil olub. Düşmən tərəfindən ərazi intensiv atəş altında saxlanıldığından yanğına müdaxilə edilməsi mümkün olmayıb. Dominos pizza

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!