Ermənilərin Gəncəyə top atəşləri zamanı xəsarət alan olmayıb, mülki infrastruktura zərər dəyməyib - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Ermənilərin Gəncəyə top atəşləri zamanı xəsarət alan olmayıb, mülki infrastruktura zərər dəyməyib - RƏSMİ

Hadisə

05 Oktyabr 2020 21:30 1161


Xəbər verildiyi kimi, 5 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində Ermənistanın silahlı qüvvələri ağır artilleriyadan atəş açmaqla Gəncə şəhərinin müxtəlif ərazilərinə top mərmiləri atıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, bununla belə, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində Ermənistanın silahlı birləşmələrinin terror cəhdlərinin qarşısının alınması nəticəsində mülki əhali arasında xəsarət alan olmayıb və mülki infrastruktur obyektlərinə hər hansı ziyan dəyməyib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!